AZ

BMT: Qəzza sektorundan bir milyondan çox insan köçüb

BAKI, 19 sentyabr. TELEQRAF

Sentyabr ayında Qəzza şəhərinin 250 mindən çox sakini öz evlərini və sığınacaqlarını tərk etməyə məcbur olub.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) məlumatında deyilir.

BMT agentliyinin məlumatına görə, mart ayının ortalarında İsrail və HƏMAS arasında atəşkəs rejimi pozulduqdan sonra Qəzza sektorundan bir milyondan çox insan köçüb.

"Rəqəmlər sürətlə artır: təkcə son ay ərzində Qəzzanın şimal hissəsindən cənubuna təxminən 200000 nəfər köçüb. Sərt məhdudiyyətlərə baxmayaraq, BMT və tərəfdaşları zərər çəkmiş anklavın sakinlərinə həyati əhəmiyyətli dəstək göstərmək üçün əllərindən gələni edirlər", - məlumatda deyilir.

OCHA qeyd edib ki, Qəzza sektorunun sakinlərinin hazırda aldığı yardım onların ehtiyaclarını böyük ölçüdə qarşılamır. Aclıqdan əziyyət çəkənlərə dəstək imkanları sistematik olaraq bloklanır. Hər həftə yeni məhdudiyyətlər tətbiq edilir.

“İsrail hakimiyyəti həmçinin fıstıq yağı kimi bəzi qida məhsullarını idxalı qadağan edilmiş "lüks əşyalar" kateqoriyasına daxil edib, nəticədə artıq alınmış böyük miqdarda humanitar yardım anklavdan kənarda ilişib qalıb. Qəzza daxilində humanitar daşımalar da bloklanır”, - OCHA bəyan edib.

Seçilən
11
teleqraf.com

1Mənbələr