AZ

İnək dəyərindəki “alma”nı niyə istəyirlər? Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər “iPhone 17”nin satışa çıxması sosial mediada böyük müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, qiymətlərin bahalığı ilə bağlı insanların dilində dolaşan ən maraqlı müqayisələrdən biri onun inək qiymətinə olmasıdır.

Bu, iqtisadi reallığı göstərdiyi kimi “Apple” məhsullarının niyə hələ də milyonlarla insan üçün cazibədar olduğu haqda suallar da doğurur.

Bəs bu gün cəmiyyətin uzunmüddətli kredit bahasına da olsa istədiyi “iPhone” necə yarandı?

2007-ci ildə Stiv Cobs ilk dəfə onu təqdim edəndə, mobil telefon bazarında artıq “Nokia”, “Motorolla” və “Sony Ericsson” kimi nəhənglər var idi.

Amma “Apple” fərqli yanaşma ilə ortaya çıxdı: telefon, musiqi pleyeri və internet brauzeri-üç funksiyanı bir cihazda birləşdirdi.

Ən əsası isə sensor ekran, istifadəçi dostu interfeys və “App Store” anlayışı mobil dünyada inqilab yaratdı.

Texnologiya + Dizayn: Sadə görünüş və güclü texniki imkanlar brendin yüksəlişinə böyük təkan verdi.

Dünyanın bir çox ölkəsində “iPhone” sadəcə telefon deyil, həm də maddi imkanın göstəricisi sayılır.

Brendin belə populyarlaşmasında marketinq siyasətinin də böyük rolu var.

Belə ki, artıq ənənə halını almış təqdimat mərasimləri məhsul nümayişindən çox şouya çevrildi.

Əlavə olaraq insanların bir qismi onu bir inəyin qiyməti ilə eyni tərəziyə qoysa da, bəziləri “iPhone”u güclü investisiya kimi görür.

Çünki cihaz həm iş, həm də gündəlik həyat üçün vacib alətə çevrilib. Fotoqrafiya, sosial media, təhlükəsizlik və sürət “iPhone”un üstünlükləri sırasındadır.

Cəmiyyətin bir təbəqəsi isə bəzi hallarda onu təkcə telefon yox, həm də “sosial status” və “hörmət” kimi istifadə edir.

Niyə dişlənmiş alma?

Bəziləri bildirir ki, brendin loqosundakı alma Stiv Cobsun texnologiya və biliklə bağlı təsəvvürünü təmsil edir; dişlənmiş alma “kəşf və öyrənmə” motivini simvollaşdırır.

Loqo haqda gəzən başqa bir fikir isə belədir ki, almanın bir tərəfinin dişlənmiş olması texnologiyanın insanlar üçün əlçatan, “dadıla biləcək” qədər sadə olmasıdır.

Əgər elədirsə, loqo əl yandıran qiymətlərlə təzad yaşayır desək, yanılmarıq.

Amma tələb indeksi də nəzərə alınarsa, sadə görünən bu loqo altında brendin sadəcə məhsul satmadığı, həm də ideya, yaradıcılıq və fərqlilik simvolu ortaya qoyduğu barizdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
qafqazinfo.az

1Mənbələr