AZ

Ekvador prezidenti etirazlara görə 5 əyalətdə komendant saatı tətbiq edib

Ekvador prezidenti Daniel Noboa dizel yanacağına verilən subsidiyaların ləğvinə etiraz olaraq baş verən qarşıdurmalardan sonra beş əyalətdə komendant saatı tətbiq edib və fövqəladə vəziyyəti səkkiz bölgəyə genişləndirib.

Operativ Media xəbər verir ki, müvafiq sərəncam prezident administrasiyasının saytında dərc olunub.

Sənəddə deyilir: “Aşağıdakı əyalətlərdə saat 22:00-dan səhər 05:00-a qədər hərəkət azadlığına məhdudiyyətlər tətbiq edilsin: Kotopaxi, İmbabura, Çimborazo, Bolivar və Karçi”.

Qeyd edək ki, sentyabrın 16-da Noboa yeddi əyalətdə fövqəladə vəziyyət elan etmişdi: Karçi, İmbabura, Pichincha, Azuay, Bolivar, Kotopaxi və Santo Domingo. Yeni fərmanla Çimborazo da siyahıya əlavə olunub.

Seçilən
30
operativmedia.az

1Mənbələr