AZ

QHT məişət zorakılığı və insan alverinə qarşı maarifləndirici seminar keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” RİİB tərəfindən icra edilən "Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili" layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetində “Məişət zorakılığına və insan alverinə qarşı birgə mübarizə” mövzusunda maarifləndirici seminar təşkil olunub.

QHT.az xəbər verir ki, seminarda tələbələrə məişət zorakılığı və insan alverinin mahiyyəti, onların cəmiyyət üçün yaratdığı sosial-iqtisadi nəticələri, həmçinin mübarizə və müdafiə mexanizmləri barədə ətraflı məlumat təqdim olunub.

Seçilən
7
qht.az

1Mənbələr