AZ

Tramp Tayvana 400 milyon dollarlıq hərbi yardım göstərməkdən imtina edib

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikası ilə ticarət sazişi bağlamağa çalışdığı üçün Tayvana təxminən 400 milyon dollar məbləğində hərbi yardımın göndərilməsini təsdiqləməyib.

“Report”un məlumatına görə, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən bildirib.

Nəşr qeyd edib ki, Tramp administrasiyası Pekinlə münasibətləri yumşaltmağa çalışır. Bundan əlavə, ABŞ təmənnasız yardım göstərməyə hazır deyil.

Ağ Evin nümayəndəsi dəqiqləşdirib ki, Tayvana hərbi təchizatın göndərilməsindən imtina qərarı “qəti deyil” və yenidən nəzərdən keçirilə bilər.

Seçilən
7
1
7times.az

2Mənbələr