AZ

Çinin Müdafiə Nazirliyi Tayvanın müstəqilliyi istisna etdi

BAKI, 19 sentyabr. TELEQRAF

Çin Silahlı Qüvvələri heç vaxt Tayvandakı qüvvələrin adanın müstəqilliyinə nail olmaq cəhdlərinin uğur qazanmasına imkan verməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çinin müdafiə naziri Dun Szyun bəyan edib.

Onun sözlərinə görə, Çin Xalq Azadlıq Ordusu (ÇXAO) ölkənin birləşməsini qoruyacaq sarsılmaz və güclü qüvvədir.

Nazir əlavə edib ki, ÇXAO heç vaxt separatçıların Tayvanın müstəqilliyinə can atmaq cəhdlərinə imkan verməyəcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr