AZ

Çempionlar Liqası: “Barselona” və “Mançester Siti” qələbə qazandı – günün nəticələri

Avropa Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub. Günün əsas oyunlarında “Barselona” və “Mançester Siti” rəqibləri üzərində qələbə qazanıblar.

İspaniya çempionu “Barselona” İngiltərənin “Nyukasl Yunayted” klubunun qonağı olub. İngilis hücumçu Markus Reşfordun dublu sayəsində kataloniyalılar 2:1 hesabı ilə qalib gəlib. Ev sahiblərinin yeganə qolunu Entoni Qordon vurub.

İngiltərə təmsilçisi “Mançester Siti” isə evdə İtaliya çempionu “Napoli”ni qəbul edib. Erlinq Haaland və Ceremi Dokunun qolları sayəsində “şəhərlilər” 2:0 hesablı qələbə əldə ediblər.

Günün digər oyunlarının nəticələri:

“Sportinq” – “Kayrat” 4:1
Franciscu Trinka (44, 64), Alison Santos (66), Geovanni Kenda (68) – Edmilson (86).
Buraxılmış penalti: Morten Julman (21, “Sportinq”).

“Ayntraxt Frankfurt” – “Qalatasaray” 5:1
Davinson Sançes (37, avtoqol), Can Uzun (45+2), Conatan Burkardt (45+4, 66), Ansgar Knauf (75) – Yunus Akgün (8).

“Club Brugge” – “Monako” 4:1
Nikolo Tresoldi (32), Rafael Onyedika (39), Hans Vanaken (43), Mamadu Diahon (75) – Ansu Fati (90+2).
Buraxılmış penalti: Maqnes Aklyuş (10, “Monako”).

“Kopenhagen” – “Bayer” 2:2
Jordan Larson (9), Robert (87) – Alejandro Grimaldo (82), Pantelis Hatzidiakos (90+2, avtoqol).
🔗Oyunların qollarına buradan baxa bilərsiniz.

Seçilən
52
veteninfo.az

1Mənbələr