AZ

Yeni nazirlik YARADILIR – QƏRAR VERİLDİ

Türkiyədə Təbii Fəlakətlər Nazirliyinin yaradılması istiqamətində işlərə başlanılıb.

KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə “Dünya” qəzeti məlumat əldə edib.

Bildirilib ki, yeni nazirlik ölkənin üzləşdiyi çoxsaylı təbii fəlakətlərlə mübarizədə daha effektiv fəaliyyət sərgiləmək məqsədilə qurulacaq.

Yerli bələdiyyələrin tərkibində olan yanğınsöndürmə xidmətləri, həmçinin təbii fəlakətərlə bağlı bir sıra digər qurumlar nazirliyin tabeliyinə veriləcək.

Bundan başqa, binaların standart və qanunlara uyğun şəkildə tikilməsinə də Təbii Fəlakətlər Nazirliyi nəzarət edəcək.

Seçilən
27
2
konkret.az

6Mənbələr