AZ

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

BAKI, 19 sentyabr. TELEQRAF

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədləri açıqlayıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, əsas mərhələnin I turundan sonra 4 oyunçu ən yaxşı adına iddia edəcək.

Səsvermədə “Yuventus”un (İtaliya) hücumçusu Duşan Vlahoviç, “Sportinq”in (Portuqaliya) yarımmüdafiəçisi Fransişku Trinkan, “Barselona”ın (İspaniya) vingeri Markus Reşford, eləcə də “İnter”in (İtaliya) hücumçusu Markus Türam iştirak edəcək.

Qeyd edək ki, həftənin ən yaxşısı UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə seçiləcək.

Seçilən
62
teleqraf.com

1Mənbələr