AZ

Gübrənin gizli riskləri barədə bağbanlardan xəbərdarlıq

Meyvə ağaclarının gübrələnməsi onların növündən asılı olaraq dəyişir və buna görə də hər birinə fərqli yanaşmaq lazımdır. Lakin peyin bu məqsədlə istifadə edilməməlidir.

E-saglam.az xəbər verir ki, bu barədə Moskva Bağbanlar İttifaqının sədri Andrey Tumanov Radio 1-ə məlumat verib. 

Onun sözlərinə görə, peyin nəinki çətin tapılır, həm də ideal gübrə sayılmır: “O, alaq otları və patogen bakteriyalarla doludur. Onu kompost hazırlamaq üçün istifadə etmək olar, amma birbaşa torpağa tökmək düzgün deyil”.

Tumanov gübrələmə üsullarını seçərkən ağacın və bitkinin sortunu öyrənməyi məsləhət görüb.

Aqronom Vladimir Vikulov isə bildirib ki, gələn mövsümdə bol məhsul əldə etmək üçün bağbanlar payızda bütün meyvələri vaxtında yığmalıdırlar. Yarpaqlar töküldükdən sonra isə profilaktika məqsədilə ağaclar dəmir sulfat və ya karbamidlə işlənməli, gövdələr xüsusi ağ bağ boyası ilə ağardılmalıdır. Bundan əlavə, bitkilərin bərpası üçün onlara fosfor, kalium və mikroelementlərlə zəngin kompleks gübrələr verilməlidir.

Əvvəllər bağbanlara qış mövsümü üçün ağac və kolların budanıb-budanmaması ilə bağlı da tövsiyələr verilib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
17
e-saglam.az

1Mənbələr