AZ

BMT gələn həftə toplanır - Qəzza və Ukrayna barədə iclas keçiriləcək


BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 23-də – Baş Assambleyanın 80-ci sessiyasının "Yüksək Səviyyəli Həftə"sinin ilk günündə – Qəzza zolağındakı vəziyyət və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı iclaslar təşkil edəcək. Bu barədə sentyabr ayında TŞ-yə sədrlik edən Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, Qəzza üzrə brifinq Bakı vaxtı ilə saat 21:00-dan 00:00-a qədər "Yaxın Şərqdə vəziyyət, o cümlədən Fələstin məsələsi" adı altında keçiriləcək. Ukrayna üzrə brifinq isə saat 00:00-dan 03:00-a qədər "Ukraynada sülh və təhlükəsizliyin təmin olunması" mövzusu üzrə baş tutacaq. Hər iki tədbirdə ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Mətləb

Seçilən
15
7
baki-xeber.com

8Mənbələr