AZ

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

2025-ci il oktyabrın 28-də  "Sabunçu Bazarı” ASC öz səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Marja xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Sabunçu Bazarı” ASC-nin əsas səhmdarının vəfatından sonra onun paylarının qanuni varisi qismində həyat yoldaşına keçməsinin təsdiqi.

2. “Sabunçu Bazarı” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi.

Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10:00-dan 17:00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında, səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. 

 

Sabunçu Bazarı ASC növbədənkənar ümumi yığıncaq 28 oktyabr 2025 əsas səhmdar vəfat payların varisə keçməsi həyat yoldaşı təsdiq müşahidə şurası üzvlərin seçilməsi səhmdarlar gündəlik Bakı Sabunçu rayonu Ə.Cavad küçəsi 4 inzibati bina
Seçilən
0
2
marja.az

3Mənbələr