AZ

Alimlər tərəvəzlərdə mikroplastik aşkar etdilər

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Plimut Universitetinin alimləri ciddi bir sağlamlıq təhlükəsi barədə xəbərdarlıq ediblər: mikroplastik hissəciklər tərəvəzlərin yeyilə bilən hissələrində toplana bilər.

Bizimyol.info xəbər verir ki, araşdırmalar göstərib ki, ölçüsü santimetrin milyonda biri qədər olan nanoplastik hissəciklər bitkilərin köklərinə nüfuz edə və oradan da onların yeyilən hissələrinə yayılma qabiliyyətinə malikdir.

Eksperiment zamanı əsasən turpdan istifadə olunub, lakin alimlər bildiriblər ki, bu cür proseslər çox güman ki, digər tərəvəz növlərində də baş verir.

Bitkilərin köklərində zərərli hissəcikləri filtrasiya etməyə cavabdeh olan xüsusi bir maneə – kaspariya zolağı mövcuddur. Lakin araşdırma ilk dəfə olaraq sübut edib ki, nanoplastik bu maneəni dəf edə və bitkilərdə toplanaraq insan orqanizminə keçə bilər.

Oxşar metodlardan istifadə edilərək daha əvvəl molyusk və balıqlarda da mikroplastik hissəciklər aşkar edilmişdi ki, bu da ətraf mühitin çirklənməsinin geniş miqyasda olduğunu göstərir.

Tədqiqatın həmmüəllifi professor Riçard Tompson bildirib ki, mikroplastiklərə dair aparılan tədqiqatlar dünyanın harasında keçirilməsindən asılı olmayaraq onların izlərinə rast gəlinib. İndi isə bu hissəciklərin yalnız dəniz məhsullarında deyil, həm də tərəvəzlərdə olduğu sübut olunub.

Hələlik mikroplastikin insan sağlamlığına konkret təsirləri tam öyrənilməyib. Buna baxmayaraq, artıq bəzi məlumatlar göstərir ki, onun orqanizmdə yığılması daxili orqanlara və toxumalara zərər vura bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
bizimyol.info

1Mənbələr