AZ

Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin restoran şəbəkələrindən biri olan "Bursa Kebap Evi" (BKE) Azərbaycan bazarına daxil olub.

Marja.az xəbər verir ki, şəbəkənin ölkəmizdə ilk şöbəsi "Qara Qarayev" metro stansiyası yaxınlığında yerləşən "Sevinc Mall"da açılıb.

2010-cu ildə gənc sahibkarlar Mustafa Cem Helvacı və Caner Helvacı qardaşlarının rəhbərliyi ilə fəaliyyətə başlayan "Bursa Kebap Evi", bu gün artıq dünyanda ən çox xarici filialı olan türk restoran şəbəkələrindən birinə çevrilib. İlk illərdə sadəcə 3 restoranla başlayan bu yolçuluq, qısa müddətdə inam və zəhmətin sayəsində böyüyüb, filiallarının sayı artıb.

Ticarət mərkəzlərinin isə ən çox üstünlük verdiyi brendlər arasında yer alan "Bursa Kebap Evi", orijinal və ləzzətli İskəndər kebabını müasir “Casual Dining” konsepti ilə təqdim edir. Zəngin menyusu, keyfiyyətli xidməti və yerli, təbii xammaldan istifadə etməsi ilə fərqlənən restoran şəbəkəsi, bütün bunları əlçatan qiymətlərlə müştərilərinə çatdırır.

Bu gün Türkiyə, Azərbaycan, İngiltərə, Almaniya, Çexiya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, İran və Pakistan daxil olmaqla 14 ölkədə 150-dən artıq filial fəaliyyət göstərir. Restoranlarda hər il 1200 ton ət istehlak olunur, 12 milyon qonaq qarşılanır və şəbəkədə 2 mindən çox işçi çalışır.

Şirkət, yeni müqavilələrlə İskəndər kebabını dünyanın daha çox ölkəsində təqdim etməyi və restoranlarının sayını 255-ə çatdırmağı planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
marja.az

2Mənbələr