AZ

Kadırov 17 yaşlı oğlunu tənqid edənlərə cavab verdi

Çeçenistan Təhlükəsizlik Şurasının katibi postunu tutan və çoxsaylı mükafatlara layiq görülən Adam Kadırov gənc yaşına baxmayaraq, öz vəzifələrini yerinə yetirir. 

"Unikal" xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov "RİA Novosti" agentliyinə müsahibəsində deyib. 

O, bununla 17 yaşlı oğlunu tənqid edənlərə cavab verib: "Mən atamın yanında böyümüşəm, həmişə yaxın olmuşam və ondan çox şey öyrənmişəm. Adam da mənim yanımda böyüyüb. Deməli, onun artıq zəngin təcrübəsi və biliyi var. Onun praktiki təcrübəsi də var", - Kadırov bildirib. 

O, oğlunun işindən heç bir şikayətinin olmadığını qeyd edib. Kadırov xatırladıb ki, özü gəncliyində Çeçenistan hökumətinin baş nazirinin müavini vəzifəsində çalışıb.

Ağarza Elçinoğlu

Seçilən
29
50
unikal.az

10Mənbələr