AZ

Ekvadorda dizel yanacağına görə etirazlar: Beş əyalətdə komendant saatı tətbiq edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ekvador Prezidenti Daniel Noboa dizel yanacağına verilən subsidiyaların ləğvinə qarşı keçirilən və toqquşmalarla müşayiət olunan etirazlar səbəbindən beş əyalətdə komendant saatı tətbiq edib, fövqəladə vəziyyətin əhatə dairəsini isə səkkiz regiona qədər genişləndirib.
Oxu.Az xəbər verir ki, dövlət başçısının imzaladığı fərman Prezident Administrasiyasının rəsmi saytında dərc olunub.
Sənəddə qeyd olunur ki, Kotopaxi, İmbabura, Çimboraso, Bolivar və Karçi əyalətlərində saat 22:00-dan 05:00-dək hərəkət azadlığına məhdudiyyət qoyulacaq.
Xatırladaq ki, sentyabrın 16-da Noboa yeddi əyalətdə - Karçi, İmbabura, Piçinça, Asuay, Bolivar, Kotopaxi və Santo-Dominqo fövqəladə vəziyyət elan etmişdi. Yeni fərmanla bu siyahıya Çimboraso da əlavə olunub.
Prezident Administrasiyası yayımladığı bəyanatda bildirib ki, terror aktlarına əl atan, yolları qanunsuz bağlayan və zorakı aksiyalar təşkil edən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaqlar:
"Bu, repressiya deyil, qanunun tətbiqidir. Heç kim qanundan üstün deyil", - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Noboa sentyabrın 12-də dizel yanacağına subsidiyaların ləğvi barədə qərar imzalayıb. Bundan sonra dizelin qiyməti qallon (3,78 litr) üçün 1,8 dollardan 2,8 dollara yüksəlib. Bu addım nəqliyyat sektorunda kütləvi tətil və etirazlara səbəb olub.
Xatırladaq ki, 2019-cu ilin oktyabrında sabiq prezident Lenin Morenonun oxşar qərarı ölkədə etiraz və iğtişaşlara yol açmışdı. Həmin vaxt fövqəladə vəziyyət elan edilsə də, sonradan fərman ləğv olunmuşdu. Noboa kimi onun sələfi Gilyermo Lasso da yanacaq qiymətlərinin artması ilə bağlı kütləvi etiraz dalğası ilə üzləşmişdi.
Seçilən
25
1
oxu.az

2Mənbələr