AZ

Kremldə müəmmalı istefa: Putin postsovet üzrə kuratoru niyə çıxartdı?

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini, postsovet məkanının kuratoru olan Dmitri Kozakın istefa verməsinin səbəbləri müzakirə edilir. Putin artıq Kozakı vəzifədən azad edib. Məlumatlara görə, keçmiş bürokrat bizneslə məşğul olacaq. Bu, Kozakın istefasında diqqətçəkən əsas detaldır: mümkündür ki, Putin ona qeyri-rəsmi missiya verib və “biznes” adı altında bunun icrasına göndərib. Versiyalar müxtəlifdir.

Mühüm məqamlardan biri də postsovet məkanı üzrə kuratorun gedişinin Rusiyanın bu coğrafiyada nüfuzunun zəifləməsi fonunda baş verməsidir. Bu, onun vəzifəsinin öhdəsindən gəlməməsindən qaynaqlana bilər. Rusiya mediası Kozakın gedişini bir dövrün qapanması, yenisinin başlanması kimi şərh edir.

Publika.az xəbər verir ki, “Moskovski Komsomolets” nəşri Kozakın istefasının pərdəarxasını araşdırmağa çalışıb.

Nəşrin şərhçisi Mixail Rostovski müəllifi olduğu məqalədə qeyd edir: “Rusiyanın mövcud güc strukturunu tənqid edənlər qeyd etməyi xoşlayırlar ki, yuxarıda heç bir siyasətçi qalmayıb, yalnız öz fikri olmayan, yaxud varsa, “göstəriş” gələn kimi onu dəyişdirən bürokratlardır. Dmitri Kozak heç vaxt “eqosunu” açıq şəkildə nümayiş etdirmirdi, lakin tanıyanlar deyir ki, onun öz mövqeyi vardı, bəzən prezidentin fikirləri ilə toqquşsa belə, mövqeyini müdafiə edirdi. Putin isə ona hörmətlə yanaşırdı, anlayırdı ki, Kozak kiminsə eqoist maraqları üçün deyil, Rusiyanın milli maraqlarına səmimi baxışı ilə çıxış edir”.

Mixail Rostovskinin fikrincə, Kozakın Kremldən formal gedişinin vaxtı çoxdan çatmışdı.

Seçilən
106
1
publika.az

2Mənbələr