AZ

Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri, həmçinin aidiyyəti qurumların rəhbər şəxsləri iştirak edirlər.
Qeyd edək ki, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür.
Seçilən
10
28
oxu.az

10Mənbələr