AZ

Zəlzələdən sonra 20-yə yaxın afterşok olub

Zəlzələdən sonra iki saat ərzində Kamçatkada ən azı 18 yeraltı təkan baş verib. Onların maqnitudası 4,2 ilə 5,8 arasında dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb. 

Ümumilikdə 7,7 bal gücündə zəlzələdən sonra bölgədə 30-dan çox təkan qeydə alınıb. Yeraltı təkanlar okeanda yaranıb, episentrləri 10,4-52,9 kilometr dərinliklərdə yerləşib.

Seysmoloqlar əvvəllər Sakit okeanda, Kamçatka yarımadasının şərq sahilləri yaxınlığında 7,7 bal gücündə güclü təkanlar qeydə alıblar.

Daha sonra Kamçatka qubernatoru Vladimir Solodov yarımadanın şərq sahilləri üçün rəsmi olaraq sunami xəbərdarlığının verildiyini və müntəzəm olaraq ictimaiyyətə xəbərdarlıq edildiyini açıqlayıb. Həmçinin bildirilib ki, qeydə alınmış seysmik hadisədən sonra sosial əhəmiyyətli obyektlərin və yaşayış binalarının operativ tədqiqi təşkil edilib.

Ağarza Elçinoğlu

Seçilən
9
2
unikal.az

3Mənbələr