Bakı.Trend:
Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondutərəfindən 506 min nəfərə sosial müavinət, 406 min nəfərəPrezidentin aylıq təqaüdü ödənilib.
Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinməlumat verilib.
Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 758mln. manat, Prezident təqaüdləri üzrə 483 mln. manat ödənilib.
"Cari ilin 8 ayında 106 min, sosial ödənişlərin elektrontəyinatına başlandığı 2019-cu ildən 827 min müavinət və təqaüdtəyinatı e-sistem üzərindən proaktiv qaydada həyatakeçirilib",-məlumatda qeyd edilib.