AZ

Okan Buruk: Məsuliyyət mənimdir Türkiyə və Almaniya liqaları arasındakı çox böyük fərq var

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

"Qalatasaray"ın n baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının ilk turunda Almaniyada “Ayntraxt  komandasına 5:1 hesabı ilə uduzmalarının məsuliyyətini tam şəkildə üzərinə götürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılaşmaya yaxşı başladıqlarını bildirən təcrübəli məşqçinin sözlərinə görə, matç komandasının "diş"inə uyğun olub: "Planlarımız, rəqibimizlə bağlı analizimiz, yaratdığımız şanslar, vurduğumuz qol və hətta hesab 2-1 olandan sonrada oyunu geri çevirmə imkanlarımz oldu. Açığı, çox asan qalib gələcəyimizi düşünürdüm. Ancaq soyunub-geyinmə otağına 3-1 hesabı ilə fərqli məğlubiyyətlə girdik. Öyrəndiyimiz ən böyük dərs odur ki, ilk yarını 3-1 geridə bitirdiyimiz üçün şoka düşmüşdük. Halbuki, n bütün statistik göstəricilərində üstün idik, amma 5-1 uduzduq. Bu, bizə acıdı. Gözlədiyimiz məğlubiyyət deyildi. Bu, mənim məsuliyyətimdir. Bunu düzəldəcək olan mənəm".

Okan Buruk daha sonra Türkiyə və Almaniya liqaları arasındakı fərqlərin matçın hesabına təsir etdiyini dəə gizlətməyib: "Liqalar arasında ciddi fərqlər var. Biz inkişafda olan bir komandayıq. İlkay və Sinqo bizim komandaya gec qoşuldu. Icardi uzun müddətdir ki, zədədən döndü. İnanıram ki, qarşıdakı matçlarda çox yaxş olacağıq"

Fərid

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
mia.az

1Mənbələr