AZ

STEAM dərsləri uğruna bu fənlər qurban getdi — RƏSMİ

Bəzi lisey və məktəblərdə rəsm və texnologiya fənlərini tədris edən müəllimlərin dərs saatlarının azaldılaraq STEAM dərslərinə verilməsi barədə məlumatlar daxil olub. Rəsm dərsini tədris edən müəllimin dərs saatından 5 saat kəsilib.

Bildirilib ki, həmin fənlərin müəllimlərinin (daimi əsaslarla qəbul olunmuş müəllimlər də daxil olmaqla) dərs saatları azaldılıb;

Bəzi liseylərdə müəllimlərə təklif olunub ki, təlimçi kimi fəaliyyət göstərsinlər, rəsm dərsləri isə tamamilə ləğv edilib;

7-ci siniflərdə rəsm dərslərinin proqramdan çıxarıldığı qeyd olunub.

Müraciətimizin məqsədi aşağıdakı məsələlərə aydınlıq gətirməkdir:

STEAM tədrisinin tətbiqi üçün əlavə saat ayrılması mümkündürmü ki, digər fənlərin saatları azaldılmasın?

Dərs saatı azaldılan müəllimlərin başqa məktəblərə yönləndirilməsi və məşğulluğunun təmin edilməsi nəzərdə tutulurmu?

Bu qərar ölkə üzrə bütün məktəblərə şamil olunacaq, yoxsa yalnız bəzi təhsil müəssisələrində tətbiq olunur?

Məsələ ilə bağlı Tribunainfo.az-ın sorğusuna açıqlama verən Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək məqsədilə tətbiq olunan STEAM (Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyat (Mathematics)) layihəsinin tədrisi ümumi təhsil müəssisələrində həftədə 2 (iki) saat olmaqla həyata keçirilir.

“Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələ saatlarından 1 (bir) saatı sözügedən layihənin həyata keçirilməsi üçün ayrılır. Həmin layihə III-IX sinifləri əhatə edir və şagirdlərin dərs yükünün artırılmaması baxımından STEAM kursuna aid fənlərin tədris saatlarından (əsasən texnologiya fənni) 1 (bir) saatı istifadə edilməklə həyata keçirilir.

Məlumat üçün bildiririk ki, ümumi təhsil müəssisələrində STEAM əsaslı tədrisi həyata keçirən müəllimlər üçün müvafiq sahədə təlimlər təşkil olunur”.

Dəniz Pənahova

Seçilən
27
tribunainfo.az

1Mənbələr