AZ

Günəş sistemimizdən kənarda 6000 planet kəşf edildi

NASA, Günəş sistemimizdən kənarda kəşf edilən təsdiqlənmiş ekzoplanetlərin sayının 6000-ə çatdığını açıqlayıb. 

Missiya.az türk mediasına istinadən xəbər verir ki, bu, 1990-cı illərdən bəri sürətlə artan ekzoplanet axtarışının ən böyük uğurudur.

İlk ekzoplanet 1992-ci ildə pulsarın ətrafında tapılmış, 1995-ci ildə isə əsas ardıcıllıq ulduzunun ətrafında ilk ekzoplanet kəşf edilmişdi. NASA-nın Kepler və TESS missiyaları ilə bu say sürətlə artıb, 2015-ci ildə 1000-ci, 2016-cı ildə isə 1500-dən çox ekzoplanet təsdiqlənib.

Ekzoplanetlər Günəş sistemimizdəki planetlərdən fərqlənir: isti Yupiterlər, çox qısa dövrü olan planetlər və qeyri-adi atmosferlər kimi müxtəlif xüsusiyyətlərə malikdirlər.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
75
1
missiya.az

2Mənbələr