Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Öncə “Karvan-Yevlax” Şamaxıda “İmişli” ilə qarşılaşacaq. Günün digər oyunu “Zirə” ilə “Şamaxı” arasında keçiriləcək.
“Qəbələ” – “Kəpəz” və “Sabah” – “Turan Tovuz” oyunları 20 sentyabrda, “Araz-Naxçıvan” – “Qarabağ” və “Sumqayıt” – “Neftçi” oyunları isə 21 sentyabrda baş tutacaq.
Azərbaycan Premyer Liqası, 5-ci tur
19 sentyabr (cümə)
16:00 “Karvan-Yevlax” – “İmişli”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.
Şamaxı şəhər stadionu.
18:30 “Zirə” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu.
20 sentyabr (şənbə)
17:00 “Qəbələ” – “Kəpəz”
Hakimlər:Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
Qəbələ şəhər stadionu.