AZ

Bakıda iki yük avtomobilinin iştirakı ilə qəza olub, ölən var

Bakıda iki yük avtomobili toqquşub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Cəlilov Səməndər Lətif oğlu idarə etdiyi "Ford Transit" markalı yük avtomobili ilə Zabrat qəsəbəsində yerləşən "Rahat Super" marketin qarşısında dayanmış Abbasov Elman Cəbrayıl oğlunun istifadəsində olan "HOWO" markalı yük avtomobilinə arxadan çırpılıb.

Nəticədə "Ford Transit" markalı avtomobilin sürücüsü Səməndər Cəlilov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Seçilən
36
5
operativmm.az

6Mənbələr