Müəllif: Gülnar Əhmədli, Banco.az
Portuqaliya bu ilin yanvar-avqust aylarında Azərbaycandan 385 milyon 76 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 52 milyon 475 min dollar və ya 12% çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 714 min 269 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 3,3% artım deməkdir.
Qeyd edək ki, yanvar-avqust aylarında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!