Çilidə 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Alto-Ospisio şəhərindən 107 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 89 km dərinlikdə olub.
Yaralananlar və dağıntılar barədə məlumat daxil olmayıb.