AZ

“İlham Əliyev yeni dövlət qurdu” – Əziz Əlibəyli

“19 sentyabr sıradan bir gündür, yoxsa tarixində ilk dəfə suverenliyə qovuşmaq bayramı? 20 sentyabr axı Dövlət Suverenliyi Günü oldu. Buna qədər Azərbaycan müstəqil idi, amma suveren deyildi. Çünki ərazisi işğalda qalmışdı”. 

Ölkə.Az xəbər verir ki, bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. O, 2023-cü il 19 sentyabrda Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının əhəmiyyətini bir daha vurğulayıb:

“Suverenlik? - qlobal sistemdən baxanda ölkənin müstəqil qərar qəbul edə bilmə qabiliyyəti və ərazi bütövlüyünün tam təminidir.
Milli kimlik? - Axı biz tərs kimi məhz bu lənətə gəlmiş mürəkkəb regional maraqlar ucbatından onu da yarımçıq formalaşdırırdıq. İdeoloji qırıqlıq, gözüqıpıq, faciələrlə dolu səhnələr ekranlardan evlərə daşdı, faciələr həyat şərtimizə, yaşamımızın “olmazsa olmaz”ına çevrildi, içərisində də çox pis bir qorxu, öfkə və məzlumluq.
Əlbəttə, bu coğrafiyanın şərtləri belə idi, Azərbaycanı əhatə edən ölkələrin bitib-tükənməyən imperial maraqları, ərazi iddiaları, bu coğrafiyada sağ qalmaq, dövlətçilik elan etmək, güclənmək, sonra da suveren olmaq?
Axı tarixdə üç imperiya varisinin və ya özünün qənşərində kimliyini inşa edən dövlət nümunəsi yoxdur. Bir sözlə, son 300 illik tarixi geri çevirmək, yeni qalibiyyət erası başlatmaq, hamısı sentyabrın hekayələridir.

İstər 27, istər 19, 20. Səmada çaxan şimşəyin effekti, dənizdə qalxan tufan, dağlardan gələn qar dalğası budur. Çünki bu coğrafiyanın məğlubiyyət əsaslı formalaşan dinamikalarını dəyişdirmək qeyri-mümkün olub.

Bütün münasibətlər, işğal gücləri arasındakı balans məhz bu qaydalara söykənib. Onlar bunu beləcə davranışa oturdublar, bölgədə düzən bu olub.
Amma İlham Əliyev hər şeyi dəyişdirdi, tarixin oxunu fırlatdı, yeni dövlət qurdu, özü də başı papaqlı - Suveren dövlət”.

Billurə

Seçilən
15
3
olke.az

4Mənbələr