AZ

Mingəçevirdə Regional Universitet Sənaye Birliyi Sammiti keçiriləcək

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 sentyabr, AZƏRTAC

Oktyabrın 24-də Mingəçevir şəhərində Regional Universitet–Sənaye Birliyi Sammiti keçiriləcək.

Mingəçevir Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platformadır və bölgədə bu istiqamətdə həyata keçirilən ən əhəmiyyətli və strateji layihələrdən biridir.

Sammit çərçivəsində universitet–sənaye tərəfdaşlığının yeni modelləri, karyera sərgisi və vakansiyaların təqdimatı, startap layihələrinin dəstəklənməsi, panel müzakirələr və seminarların keçirilməsi, həmçinin akademik biliklərin sənaye təcrübəsi ilə inteqrasiyası kimi əsas istiqamətlər üzrə tədbirlər təşkil olunacaq. Sammitdə dövlət qurumları və böyük şirkətlər, bank və maliyyə sektoru, texnologiya və sənaye təmsilçiləri, startaplar və innovasiya mərkəzləri, universitetlər və tədqiqatçılar, həmçinin on minlərlə tələbə və gənc (100 müəssisə və 10000 ziyarətçinin iştirakı planlaşdırılır) iştirak edəcək.

Tədbir Arena Hotel Kur məkanında Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Sammitdə iştirak edənlər universitetlər və sənaye müəssisələri arasında əməkdaşlıq imkanlarını genişləndirmək, tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqə qurmasına dəstək olmaq, regionlarda kadr potensialını gücləndirmək və innovativ təşəbbüslərin inkişafına töhfə vermək imkanına malik olacaqlar.

Tədbirdə iştirak etmək istəyən müəssisələr sentyabrın 30-dək careerhub.az-da qeydiyyatdan keçə bilərlər.

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

İştirak üçün: mob: +99410 411 86 86

Email: [email protected]

Sponsorluq üçün: +994707408840

Email: [email protected]

Instagram

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
azertag.az

3Mənbələr