AZ

Obama Trampın tənqid etdiyi aparıcıya dəstək verdi - ÖZƏL

ABŞ-nin sabiq prezidenti Barak Obama, hazırkı dövlət başçısı Donald Trampın sərt tənqidlərinə məruz qalan televiziya aparıcısı Cimmi Kimmeli müdafiə edib. Olaylar.az xəbər verir ki, Obama bu barədə sosial şəbəkə X hesabında paylaşım edib. O qeyd edib ki, hücumlara yalnız jurnalist deyil, həm də söz azadlığı məruz qalır: "İstər Çarli Kirk, istərsə də Cimmi Kimmel, MAGA tərəfdarları və ya onların rəqibləri olsun - söz azadlığı demokrasiyanın əsas prinsipi olaraq qalır", - deyə Obama yazıb. Sabiq prezidentin sözlərinə görə, Tramp administrasiyası hələ əvvəlki dövrlərdə mediaya təzyiq göstərərək, bəzi şirkətləri hökumətə xoş gəlməyən jurnalist və şərhçiləri işdən çıxarmağa məcbur etməyə çalışıb. Bu isə demokratik institutlara real təhlükə yaradır. Qeyd edək ki, bundan əvvəl Cimmi Kimmelin aparıcılıq etdiyi Jimmy Kimmel Live şousu onun konservativ fəal Çarli Kirk barədə söylədiyi sözlərə görə müddətsiz dayandırılıb. Televiziya nəhəngi Nexstar şirkəti aparıcı ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr