AZ

Dərmandan ətirə, stomatologiyadan kosmetikaya Bəyan edilməyən mallar AŞKARLANDI

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Bu barədə Redaktor.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, “İpək yolu” gömrük postunda Türkiyədən Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinin qoşqusuna keçirilən baxış zamanı gömrük orqanına bəyan edilməyən 45 adda - 864 qutu, 1398 konvalyut, 473 ədəd dərman vasitəsi, 40 növdə - 357 ədəd kosmetik vasitə, 50 litr həcmində ətir, 11 adda - 278 ədəd stomatoloji vasitə, 144 qutu qida əlavəsi aşkar edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
15
redaktor.az

10Mənbələr