AZ

Biz də süni intellektdən səmərəli istifadə etməliyik Konstitusiya Məhkəməsinin sədri

ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bir həmkarımız Qazaxıstandan gəlib. O bildirir ki, artıq Qazaxıstan məhkəmələrində süni intellektin rəylərindən istifadə olunur”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

“Süni intellektin rəyi sübut növü kimi məhkəmədə qəbul olunur və araşdırılır, buna qiymət verilir. Yəni, süni intellektin qarşısında məsələ qaldırılır və onun rəyindən sübutlarda istifadə olunur. Bununla razılaşmaq da, razılaşmamaq da olar. Amma bu bir faktdır ki, süni intellektin inkişafı dayanmayacaq. Bu, gedən bir prosesdir və bunu qəbul etmək lazımdır. Biz də bundan səmərəli istifadə etməliyik”, - deyə F.Abdullayev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
5
adalet.az

7Mənbələr