AZ

Şanlı hərb tarixinin kulminasiya nöqtəsi

Yeni tariximiz parlaq Zəfərlərlə zəngindir. Bu Zəfərlər itirilmiş torpaqlarımızın geri qaytarılması ilə yanaşı suverenliyimizin tam bərpa olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər bir uğuru doğuran məqamlar olduğu kimi Zəfər tariximizi də şərtləndirən bir sıra məqamlar var ki, onlar qeyd olunmalıdır.

Tarixə iz salan Zəfər tarixlərinə nəzər salanda aydın olur ki, bu parlaq zəfərlərin ordu Quruculuğu sahəsində aparılan məqsədyönlü tədbirlər nəticəsində öz müsbət həllini tapır ki, Azərbaycan hökuməti bu istiqamətdə davamlı addımlar atıb və hazırda da bu istiqamətdə işlər davam edir. Nizami ordunun yaradılması, maddi texniki bazanın yüksəldilməsi və ordunun müasir sialhlarla təmini qarşıda duran vəzifələr idi ki, müstəqillik illərində bu məsələ ildən ilə daha geniş şəkildə öz həllini tapmağa başladı. Nəticə isə Vətən Müharibəsi və 23 saatlıq antiterror əməliyyatlarında özünü biruzə verdi.

Tariximizə qızıl həriflərlə yazılan Antiterror əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni silahlı dəstələr tam tərksilah edildi; bütün mövqelərdən çıxarılaraq, Azərbaycan ərazisini tərk etdilər; silah-sursat və ağır texnika təhvil verildi; proses Rusiya sülhməramlılarının iştirakı ilə həyata keçirildi. Beləliklə, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi mövcudluq tamamilə aradan qaldırıldı. Əməliyyatdan sonra separatçı rejim tam süqut etdi

Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağını qaldıraraq ərazi bütövlüyümüzün tam bərpa olunduğunu dünyaya bəyan etdi. Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də siyasi, diplomatik və mənəvi qələbə idi. Azərbaycan xalqı sülh və ədalət uğrunda mübarizəsinin bəhrəsini gördü. 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycanın tarixi yaddaşında əbədi qalacaq. Bu qələbə, müstəqilliyimizin möhkəmlənməsinə, suverenliyimizin bərqərar olmasına xidmət etdi. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi bir daha sübut etdi ki, milli maraqlarımızı təmin etmək üçün hər cür vasitə ilə, amma beynəlxalq hüquqa uyğun şəkildə hərəkət etməyə qadirik.

Antiterror əməliyyatları ərazi bütövlüyümüzün təmini ilə yanaşı suverenliyimizin bərpası və ən əsası düşmənin “Böyük Ermənistan” düşüncəsini yerlə yeksan etdi. Bu isə qətiyyət və əzmin nəticəsində baş verdi.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Seçilən
12
2
sabahinfo.az

3Mənbələr