AZ

Rusiya Ukraynaya 300 milyard dollar təzminat ödəməyə məcbur olacaq

ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Rusiyanın vəsaitlərini birbaşa müsadirə etmədən 300 milyard dollar vəsait ala bilər. Pul müdafiəyə və büdcə kəsirini ödəməyə yönəldiləcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Qərb siyasətçiləri Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra Rusiyanın dondurulmuş aktivlərindən necə istifadə etmək barədə mübahisə edir. Avropa Komissiyası beynəlxalq ekspertlərin təklif etdiyi təzminat krediti konsepsiyasını dəstəkləyib.

Mexanizm belə bir prinsipə əsaslanır ki, təcavüzkar ölkə dəymiş ziyanı ödəməlidir. Ukrayna aldığı krediti yalnız Moskvanın təzminat ödədiyi halda ödəyəcək. Rusiya bundan imtina edərsə, Ukraynanın aldığı kredit silinəcək.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra G7 ölkələri Rusiya Mərkəzi Bankının 300 milyard dollara yaxın aktivlərini dondurub. 

Daşqın HəsənovMissiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
missiya.az

2Mənbələr