AZ

Lyuks maşın sahibləri tıxaca görə səki ilə sürdü; cəriməsi var VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtda tıxac səbəbindən sürücülərin qayda pozuntusuna yol verməsi sosial şəbəkələrdə narazılıq doğurub. 

Avtosfer.az xəbər verir ki, paytaxt küçələrində hərəkətin sıx olduğu saatlarda bəzi sürücülər avtomobillərini səkilərin üzərindən idarə edərək yoluna davam ediblər.

Görüntülərdə aydın görünür ki, belə hərəkətlər nəticəsində piyadaların gediş-gəlişi çətinləşib, insanlar səkidə hərəkət etməkdə çətinlik çəkiblər.

Xətai rayonu Xocalı prospekti ilə kəsişən ara məhəllələrdən hərəkət edən avtomobillər daha sonra səkidə hərəkətinə davam edib. 90-YG-669 qeydiyyat nişanlı “Tesla”, 77-UX-419 qeydiyyat nişanlı “Toyota”, 90-YL-541 nömrəli “BYD” maraklı avtomobillər prospektdəki vəziyyətdən sui-istifadə edərək qaydaları pozub.

Qanunvericiliyə əsasən, səkidə hərəkət yalnız piyadalar üçün nəzərdə tutulub və avtomobillərin ora daxil olması yol hərəkəti qaydalarının kobud şəkildə pozulması sayılır. Nəticədə, nəqliyyat vasitələrinin idarəçiləri 60 manat və 2 balla cərimələnə bilərlər.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
avtosfer.az

1Mənbələr