AZ

Tramp Tayvana 400 milyon dollarlıq hərbi yardımı dayandıracaq

ABŞ prezidenti Donald Tramp Tayvana 400 milyon dollar hərbi yardımın qarşısını almağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən The Washington Post məlumat yayıb.

Nəşrin yazdığına görə, Amerika liderinin bu qərarı onun Çin lideri Si Szinpinlə mümkün sammitdə ticarət sazişi bağlamaq istəyi ilə bağlıdır. Mənbələr qeyd edib ki, qərar geri qaytarıla bilər, lakin bu, adaya münasibətdə ABŞ siyasətində dönüşün siqnalı olacaq.

Nəşr qeyd edir ki, yeni yardım paketi Tayvana döyüş sursatı və avtonom pilotsuz təyyarələr daxil olmalı idi.

Tayvanın Vaşinqtondakı qeyri-rəsmi səfirliyi hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Bundan əvvəl Çinin müdafiə naziri Donq Jun bəyan etmişdi ki, Çin Silahlı Qüvvələri Tayvandakı separatçı qüvvələrin müstəqillik axtarışında uğur qazanmasına heç vaxt imkan verməyəcək. O, Xalq Azadlıq Ordusunun ölkənin yenidən birləşməsini müdafiə edəcək yenilməz və qüdrətli bir qüvvə olduğunu bildirib.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr