AZ

“Müstəqilliyi əldə etmək başqa, onu qoruyub saxlamaq tamam başqa məsələdir” - Sadiq Qurbanov

“Müstəqillik yalnız elan edilməklə bitmir, onu qorumaq və möhkəmləndirmək ən çətin vəzifədir. Heydər Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli strategiya, xalqımızın birliyi və iradəsi Azərbaycanın bu yolda əsas dayağı olub. Onun rəhbərliyi ilə dövlətimizin dirçəlişi, ordu quruculuğu, iqtisadi inkişaf və siyasi sabitlik təmin edildi. Özünün də qeyd etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədi, dönməzdir, heç kəs onu əlimizdən ala bilməz”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda səsləndirib.

Deputat bildirib ki, 1990-cı illərdə ölkəmiz ağır sınaqlarla üz-üzə qalsa da, xalqımız müstəqilliyini qorumaq əzmini itirmədi: “Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi nəticəsində Azərbaycan güclü dövlətə və qalib xalqa çevrildi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmliyini bir daha təsdiqlədi. Bu gün isə qarşımızda duran əsas vəzifə müstəqilliyi yalnız siyasi müstəvidə deyil, həm də xalqımızın şüurunda, gələcək nəsillərin qəlbində möhkəmləndirməkdir”.

Onun sözlərinə görə, müstəqilliyi qorumağın ən yaxşı yolu təhsil, elm, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə inkişafı təmin etməkdir: “Bizim hədəfimiz güclü dövlət və güclü ordu quruculuğunu davam etdirmək, milli dəyərlərimizi qorumaq, vətəndaşların rifahını yüksəltmək və insan hüquqlarının təmin olunmasını əsas prioritet kimi qorumaqdır”.

Seçilən
50
2
sia.az

3Mənbələr