AZ

Bakıda Formula 2 üzrə sərbəst yürüşün qalibi bəlli oldu - YENİLƏNİB

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.

Adalet.az xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni "Rodin" komandasından irlandiyalı pilot Dunne Aleks göstərib.

DAMS-ın amerikalı pilotu Krauford Cek ikinci, "Hiteç”in isveçli sürücüsü Dino Beqanoviç üçüncü olub.

Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

***

10:13

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.

Adalet.az  xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Seçilən
11
adalet.az

1Mənbələr