AZ

"Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan

"Yevlax görüşündə iştirak etməmişəm". 

"Unikal" xəbər verir ki, bunu Qarabağda antiterror əməliyyatından sonra ləğv edilən separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan deyib. 

"Sizə bildirmək istəyirəm ki, mən Yevlax görüşündə iştirak etməmişəm, heç vaxt Yevlaxda olmamışam, Yevlax görüşündə iştirak edən şəxslər heç bir sənəd imzalamayıblar və həmin görüş sadəcə humanitar xarakter daşıyıb", - deyə bildirib. 

Şahramanyan qeyd edib ki, baş nazir Ermənistan Respublikasının Qarabağda baş verən hərbi əməliyyatlarda iştirak etməyəcəyini elan edərkən onunla danışmayıb: "Biz o məsələ ilə bağlı danışmamışıq, belə bir məsələni müzakirə etməmişik. O günlərdə nə qədər təmas var idisə, əlaqə saxlayırdıq və fəaliyyətimizi koordinasiya etməyə çalışırdıq. Əsasən bəyanatlarla, qərarlarla bağlı müxtəlif məsələlər ətrafında müzakirələr gedirdi".

Ağarza Elçinoğlu

Seçilən
12
2
unikal.az

3Mənbələr