"Sülh müqaviləsinin bir addımlığındayıq. Bir problem buna mane olur. Vaxtilə Ermənistanda mürtəce addım atıb konstitusiyalarına ərazi iddiası ilə bağlı müddəa salmaları buna imkan vermir".
News24.az "Unikal"-a istinadla xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.
"Tələblərdən biri odur ki, bu aradan qaldırılmalıdır", - deyə deputat bildirib.