“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az- a açıqlamasında suverenliyi yalnız hüquqi və siyasi kateqoriya kimi qiymətləndirməyin yetərli olmadığını da vurğulayıb.
Onun sözlərinə görə, suverenlik həm də xalqın, kollektiv azadlığının fəlsəfi ifadəsidir:
"Bu anlayış həm hüquqi norma, həm mənəvi-əxlaqi məsuliyyət və hər bir vətəndaşın gündəlik şüurunda yaşamalıdır. Dövlət suverenliyi yalnız nəzəri dəyər deyil, konkret siyasi, hüquqi və real nailiyyətlərlə təsdiqlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş 44 günlük zəfər, antiterror tədbirləri və Vaşinqtonda sülh sazişinin paraflanması bunu bir daha göstərir”.
Ə. Nuriyev qeyd edib ki, 20 sentyabr Dövlət Suverenliyi Günü tarixi yaddaşın, bugünün və gələcəyin çağırışlarına verilən siyasi-hüquqi cavabdır
Pərvanə Fərhadqızı