AZ

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank” ölkənin regional inkişafına töhfə vermək məqsədilə həyata keçirdiyi “Bilik Səfəri” layihəsinin açılış mərasimini Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə keçirib.

Bankın korporativ sosial məsuliyyət proqramı çərçivəsində reallaşdırılan bu təşəbbüs müasir əmək bazarının tələblərinə cavab verən yeni mütəxəssislərin yetişdirilməsinə yönəlib. Layihəyə qoşulmaq üçün qeydiyyatdan keçənlər arasından 65 iştirakçı uğurlu namizəd olaraq  seçilib. Təqdim edilən imkanlardan yararlanmaq fürsəti qazanan iştirakçılardan 35 nəfəri əlaqə mərkəzi, 30 nəfəri isə informasiya texnologiyaları üzrə təlimlərə qatılacaq. İştirakçılar arasında tələbələr, yeni məzunlar və 10 ilə qədər iş təcrübəsinə malik peşəkarlar yer alır.

Üç ay davam edəcək proqramda peşəkar təlimçilər tərəfindən hazırlanmış xüsusi tədris proqramları və intensiv sessiyalar keçiriləcək. Məqsəd iştirakçıların əmək bazarında yüksək tələbat görən praktiki bilik və bacarıqlarını inkişaf etdirməkdir.

“PAŞA Bank” fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bank, uzunmüddətli strategiyasına uyğun olaraq, gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək.

 

Seçilən
35
4
banker.az

6Mənbələr