AZ

Trampdan Avropaya ÇAĞIRIŞ

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri Çinə iqtisadi təzyiq göstərsə, Rusiya-Ukrayna müharibəsinin sona çatma ehtimalı ola bilər.

"Cebheinfo.az" xəbər verir ki, Tramp İngiltərə səfərinin son günündə “Fox News” kanalına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.

Rusiyadan ən çox neft idxal edən ölkənin Çin olduğunu vurğulayan Tramp, Avropanın “Çinə sanksiya və ya tarif tətbiq etməsi” halında “müharibənin bəlkə də sona çata biləcəyini” söyləyib.

Tramp Avropa ölkələrinə Rusiyadan neft almağı dayandırmaları çağırışını da təkrarlayaraq, “Qazanmaq istəyirsənsə, Rusiyadan neft almağı dayandırmalısan”, - deyə qeyd edib.

Rusiyanın 10 sentyabrda NATO üzvü Polşanın hava məkanını hərbi pilotsuz uçuş aparatları (PUA) ilə pozmasının “səhv” olub-olmadığına dair şərh verməyəcəyini bildirən Tramp, bu hadisənin baş verməməli olduğunu vurğulayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
1
cebheinfo.az

2Mənbələr