AZ

Ekvadorda etirazlara görə fövqəladə vəziyyət genişləndirildi – ÖZƏL

Ekvador prezidenti Daniel Noboa dizel yanacağına verilən subsidiyaların ləğvinə qarşı keçirilən və toqquşmalarla müşayiət olunan etirazlar fonunda fövqəladə vəziyyət rejimini genişləndirib və beş əyalətdə komendant saatı elan edib. 

Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

Yeni fərmana əsasən, Kotopaxi, İmbabura, Çimboraso, Bolivar və Karçi əyalətlərində saat 22:00-dan 05:00-dək hərəkət məhdudiyyəti tətbiq olunur.

Xatırladaq ki, sentyabrın 16-da Noboa yeddi əyalətdə - Karçi, İmbabura, Piçinça, Asuay, Bolivar, Kotopaxi və Santo-Domingoda fövqəladə vəziyyət elan etmişdi. Son fərmanla bu siyahıya Çimboraso da əlavə olunub.

Prezident administrasiyasının açıqlamasında bildirilib ki, "terror aktlarına, yolların qanunsuz blokadasına və təşkil olunmuş zorakılığa" əl atan şəxslər qanun qarşısında cavab verəcəklər.

"Bu, repressiya deyil, qanunun aliliyinin təmin olunmasıdır. Heç kim qanundan üstün deyil," - deyə hökumətin bəyanatında vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr