AZ

Elşad Nəsirov: Suverenliyin tam bərpası Konstitusiyada yenilikləri tələb edir

"Bu gün bütün ərazisində suverenliyini tam bərpa etmiş Azərbaycanın Konstitusiyasının yenidən təkmilləşdirilməsi istiqamətində müəyyən zərurətlər meydana çıxıb".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov deyib.

O qeyd edib ki, Milli Məclis bu istiqamətdə ilk addımını atıb:

"İyun ayında Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclis ilk oxunuşda konstitusiya qanunu qəbul etmişdi. Təbii ki, həmin konstitusiya qanunu Naxçıvan Muxtar Respublikası Konstitusiyasının bir çox müddəalarını dəyişməklə muxtariyyətin statusunda müəyyən yenilənməni əsk etdirib. Azərbaycan Konstitusiyasının bir fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasının hüquqi statusuna həsr olunub. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

Müasir dövrdə Naxçıvanın hüquqi statusunun müəyyənləşdirmək, onun təhlükəsizliyinə təminat vermək Azərbaycan dövlətinin tam imkanları çərçivəsindədir. Naxçıvan konstitusiyasında dəyişikliklər ediləcəksə, istər-istəməz Konstitusiyasının Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hüquqi statusunu müəyyənləşdirən müddəalarda müvafiq dəyişikliklərin edilməsi zərurəti meydana çıxacaq.

Belə ki, konstitusiya qanunu Azərbaycan Konstitusiyasının tərkib hissəsidir. Konstitusiya qanunu Azərbaycan Respublikasının Konstitusiyasının zidd ola bilməz, ona uyğun olmalıdır".
Seçilən
49
6
sherg.az

7Mənbələr