AZ

Tramp ABŞ qüvvələrini yenidən Əfqanıstana qaytarmaq istəyir

ABŞ dörd ildən sonra Əfqanıstana qayıtmaq istəyir.

Azreform.info NTV-yə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb. O, 2021-ci ildə Talibanın ölkəyə nəzarəti ələ keçirməsindən bir müddət əvvəl boşaldılan Baqram aviabazasını geri almaq üçün çalışdıqlarını açıqlayıb.

"Onlar bizdən müəyyən şeylər istəyirlər və biz də bu bazanı geri almaq istəyirik. Bu, müəyyən mənada flaş xəbər ola bilər. Bu baza bizim üçün vacibdir.

Bizim bazanı istəməyimizin səbəblərindən biri Çinin nüvə silahlarını hazırladığı yerdən cəmi bir saatlıq məsafədə olmasıdır”, - deyə o söyləyib.

Qeyd edək ki, Baqram 11 sentyabr 2001-ci il hücumlarından sonra başlayan əməliyyatlar dövründən etibarən təxminən 20 il ərzində Əfqanıstanda ABŞ-nin rəhbərlik etdiyi qüvvələr üçün ən strateji mərkəz olub. ABŞ və NATO qoşunları 2021-ci ilin iyulunda bazanı gizli şəkildə tərk edib. Bundan dərhal sonra Taliban sürətlə irəliləyərək ölkənin böyük hissəsini və paytaxt Kabili ələ keçirib.
Vəzifəyə qayıtdıqdan sonra Tramp dəfələrlə Baqramın itirilməsini tənqid edib və bunu sələfi Co Baydenin “səhv idarəçiliyi” ilə əlaqələndirib.

Billurə Yunus
 

Seçilən
40
3
azreform.info

4Mənbələr