AZ

“Dövlət suverenliyi həm keçmişin, həm gələcəyin məsuliyyətini daşıyır” - Fazil Mustafa

“Dövlət suverenliyi yalnız formal olaraq mövcud olmamalıdır, o həm keçmişin, həm də gələcəyin məsuliyyətini daşıyanların əməyini əks etdirməlidir. Dövlət suverenliyi günü adlandırılması o demək deyil ki, gələcəkdə Konstitusiyada xalq suverenliyi termini tamamilə əvəz olunacaq. Çünki xalq suverenliyi əsasən, o dövrdə yaşayan çoxluğun iradəsini ifadə edən bir prosesdir və bu prosesdə müxtəlif mübarizələr, həm də çoxluqda müəyyən şəriət rejimi qurmaq istəyi nəzərə alınır. Dövlət görən, millət görən tərəfdarlar isə keçmişin və gələcəyin mübarizliyinin məsuliyyətini üzərinə götürərək, düzgün dövlətçiliyin qurulmasına xidmət etməlidirlər”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda səsləndirib.

Sədr bildirib ki, dövlət suverenliyini qorumaq yalnız qanunlar və siyasətlə məhdudlaşmamalıdır: “Əsas vəzifə dövlət suverenliyini həm siyasi, həm də ictimai şüurda, gələcək nəsillərin qəlbində möhkəmləndirməkdir. Bunun üçün təhsil, elm, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə inkişafı təmin etmək vacibdir. Bizim hədəfimiz güclü dövlət, güclü ordu quruculuğunu davam etdirmək, milli dəyərləri qorumaq, vətəndaşların rifahını yüksəltmək və insan hüquqlarının təmin olunmasını əsas prioritet kimi qorumaqdır”.

Seçilən
19
1
sia.az

2Mənbələr