AZ

Bu ölkə casusluq etmək istəyənlər üçün yeni tətbiq yaratdı

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6 casusluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün yeni təhlükəsiz mesajlaşma platformasını istifadəyə verib.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, “Silent Courier” (Səssiz Kuryer) adlanan platforma vasitəsilə MI6 ilə birbaşa və anonim şəkildə əlaqə saxlamaq mümkün olacaq.

Qeyd olunub ki, bu platforma xüsusilə terrorçuluq fəaliyyəti və ya Britaniyaya qarşı düşmən münasibətlə bağlı məlumatları bölüşmək istəyən şəxslər üçün nəzərdə tutulub. Platformadan istifadə qaydaları MI6-nın "YouTube" hesabındakı videoda paylaşılacaq.

Seçilən
49
publika.az

1Mənbələr