Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Vaşinqton Varşavaya tank əleyhinə “Javelin” raket kompleksləri və onlar üçün raketlərin böyük partiyasını tgöndərəcək. Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib.
Məlumatı “İnterfaks.ru” verib.
Kosinyak-Kamış sosial şəbəkədə yazıb: “ABŞ Dövlət Departamenti Polşaya 253 buraxılış qurğusu və 2506 raket, həmçinin zəruri təlim və ehtiyat hissələrinin satışını təsdiqləyib”.
Söhbət müxtəlif növ zirehli texnikaları, o cümlədən dinamik mühafizə ilə təchiz olunmuş qurğuları məhv etməyə qadir olan FGM-148F raketlərindən gedir.
P.ƏmircanovXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.