AZ

İndiki ifaçılar müğənni yox, sadəcə oxuyandır Cabbar Musayev

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

"İndiki müğənnilərin bəxti onda gətirib ki, insanlarımızın 70-80 faizinin musiqidən anlayışı yoxdur".

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Rəngarəng" verilişində qonaq olan müğənni Cabbar Musayev deyib.

O, yeni çıxan ifaçıları tənqid edib: 

"Sənətkar öz sənəti ilə özünü reklam edir. Sənəti olmayanlar nə etməlidir? Hansı ki, onlar indi xoşagəlməz hərəkətləri ilə tanınırlar. Bu gün özünə müğənniyəm deyən 70 faiz müğənninin musiqidən başı çıxmır. Onlara müğənni demək mümkün deyil, onlar sadəcə oxuyandır. Onların bəxti onda gətirib ki, insanlarımızın da 70-80 faizinin musiqidən anlayışı yoxdur. O oxuyanlar da, hansısa bir işlə, söhbətlə gündəmə gəlməlidir. Başqa nə etsin? Oturursan evdə, televizora baxırsan ki, çıxır biri səndən danışır, hətta səni təhqir edir. Həyatda qəlb qırmaqdan böyük günah iş yoxdur."

Aysel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
azxeber.com

2Mənbələr